Texniki servis


"İDS” MMC şirkətinin fəaliyyət sahəsi – Avtomatik qapı və giriş sistemlərinin satışı, quraşdırılması, həmçinin texniki servisi ilə bağlı işlərin toplusundan ibarətdir.
 

Texniki servis

“İDS” MMC-nin müştərilərlə əməkdaşlığı avadanlıq satışı ilə sona yetmir. Şirkətimiz avtomatik giriş sistemləri işində təcrübəsinə əsaslanaraq dəyərli müştərilərimizə satış sonrası baş verə biləcək bütün problemlərdə dəstəkdir. Satılan avadanlıqlara zəmanətlə yanaşı avadanlıqların fəaliyyət dövrünü artırmaq məqsədi ilə texniki xidmət göstəririk. Şirkətimizin təklif etdiyi avadanlıqlar gündəlik istifadə vasitəsi olduğu üçün avadanlıqda baş verən hər hansı nasazlığı aradan qaldırmaq vacib məsələlərdən biridir.Servis prosesini planlı və mobil surətdə həyata keçirməklə sizə kefiyyətli xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Zəmanətli təmir həyata keçirərək daim müştərilərimizin yanındayıq.

İDS MMC-nin müxtəlif təlimlər keçmiş quraşdırıcı və mühəndis heyəti bizə avadanlığın kefiyyətli və sürətli təmir və servis xidməti həyata keçirməyə imkan verir.