HAQQIMIZDA


 

 

“İDS” MMC  İtaliya, Rusiya, Türkiyə və Almaniya şirkətlərinin istehsalı olan avtomatik qapı və giriş sistemlərinin – avtomatik fotoselli qapılar, fırlanan qapılar, yanğın çıxış qapıları, avtomatik kəpəng sistemləri (avtomatik jalüz qapılar), avtomatik qaraj və sənaye tipli qapılar, şlaqbaum, rampa və körük sistemi avadanlıqlarının  ölkəmizə gətirilməsi, satışdan öncəki texniki dəstəyi, satış sonrası quraşdırılması, texniki servisi və ehtiyyat  hissələri ilə təmin edilməsi ilə məşğuldur. 2018-ci ildən etibarən avtomatik qapı və giriş sistemləri sferasında 150 illik iş təcrübəsi ilə dünyanın ən qabaqcıl firmalarından biri olan  "Dorma Kaba" firmasnın Azərbaycandakı rəsmi nümayəndəsi olan İDS MMC müştərilərinə daha keyfiyyətli məhsullar təqdim etməkdən məmnunluq duyur.

İDS tərəfindən təqdim olunan müxtəlif texnoloji həllər, radiodalğalar və infraqırmızı şüalar vasitəsi ilə işləyən uzaqdan idarəetmə sistemləri, gündəlik və həftəlik proqlamlaşdırmaq imkan yaradan idarəetmə düymələri, mərkəzləşdirilmiş idarəetmə sistemləri sizin həyatınızı asanlaşdıracaq.

İDS Azərbaycan bazarına qabaqcıl texnologiyalardan istifadə edərək istehsal olunmuş avtomatik sistemləri ilə çıxır.

Sizlərə təcrübəli əməkdaşlarımızla birgə layihələrinizdə satış öncəsi avadanlıq və sistem seçimini və satış sonrası xidmətləri təqdim etməkdən məmnun olacağıq.